Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 13:04
Çexiya eks-prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanı Ermənistana ekstradisiya edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistan polisi onun Yerevan hava limanından necə çıxarıldığını əks etdirən video yayıb.
Qeyd edək ki, N. Sarkisyan silah-sursat, partlayıcı maddə və narkotik vasitələri saxlamaqda şübhəli bilinərək axtarışa verilib. İnterpol 2018-ci ilin dekabrında onu Franklin Qonsales pasportu ilə gizləndiyi Praqada tapıb.
Bu il dekabrın əvvəlində Çexiyanın hüquq-mühafizə orqanları Ermənistan Baş Prokurorluğunun axtarışda olan Narek Sarkisyanın cinayət təqibi məqsədi ilə Ermənistan polisinə təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəlib.