Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi”dən antirekord

“Neftçi”dən antirekord

Tarix: 21 Dekabr 2019 13:18

“Neftçi” Azərbaycan kubokunda antirekorda imza atıb. Bakılılar 2019/20 mövsümünü qol vurmadan tərk edib. Yarışa 1/4 finaldan başlayan “ağ-qaralar” evdə 0:1 hesabı ilə uduzduğu “Sumqayıt”a səfərdə də qol vura bilməyib – 0:0.

Bu, 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısının tarixində ilk belə hadisədir. İndiyədək antirekord ötən mövsümün nəticəsi idi. Həmin vaxt bakılılar indiki kimi 2 oyun keçirsələr də, cəmi 1 qol vurmuşdular. Onda da 1/4 finaldan yarışa başlayan “Neftçi”nin rəqibi “Sumqayıt” idi – 0:2, 1:0.

Qeyd edək ki, paytaxt təmsilçisinin kubokdakı rekordu 27 qol vurduğu 1994/95 mövsümüdür. Həmin vaxt komanda 9 oyun keçirib (pfl.az).

 


Etiketlər:  Neftçidən antirekord


RƏYLƏR