Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərhəddə pirotexniki vasitələri gizlətmək istədi, saxlanıldı

Sərhəddə pirotexniki vasitələri gizlətmək istədi, saxlanıldı

Tarix: 21 Dekabr 2019 14:03

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Baxış zamanı isə avtomobilin döşəməsindəki xüsusi düzəldilmiş gizli saxlanc yerində 510 qutu "Demi Wolf" və "Whistling Moon Travellers" markalı pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Sərhəddə pirotexniki vasitələri gizlətmək istədi, saxlanıldı Sərhəddə pirotexniki vasitələri gizlətmək istədi, saxlanıldı


Etiketlər:  Sərhəddə pirotexniki vasitələri gizlətmək istədi saxlanıldı


RƏYLƏR