Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndiyə qədər 901 namizəd müraciət edib

İndiyə qədər 901 namizəd müraciət edib

Tarix: 21 Dekabr 2019 16:09

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 901 namizəd müraciət edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədlərin 149 nəfəri 11 siyasi partiya tərəfindən irəli sürülüb.

Beş nəfər təşəbbüs qrupları tərəfindən, 752 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.

M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərinin 569 nəfərinin namizədliyi artıq təsdiq olunub. 


Etiketlər:  İndiyə qədər namizəd müraciət edib


RƏYLƏR