Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Burun damcıları asılılıq yaradır?

Burun damcıları asılılıq yaradır?

Tarix: 21 Dekabr 2019 20:12

Burun tutulması soyuq aylarda ən çox yaranan problemlərdən biridir. Yuxarı tənəffüs yolları infeksiyaları nəticəsində yaranan burun tutulmasının aradan qaldırmaq üçün çox zaman burun damcıları, spreylər istifadə olunur. Həkim təyinatı olmadan istifadə olunan bu damcılar hər zaman fayda verirmi? Burun damcılarının hansı fəsadları yarana bilər? Damcılar asılılıq yaradırmı?

Sonxeber.net e-tibb.az-a istinadən bununla bağlı burun, qulaq, boğaz, baş və boyun cərrahiyyəsi uzman Elnur Əkbərovun məqaləsini təqdim edir:

İnsanın burnu tutuldusa, deməli rahatlığını itirəcək. Həyatın keyfiyyəti məhz sağlam burun yolları ilə nəfəs almaqdan asılıdır. Soyuqdəyməyə tutulanların adətən ilk növbədə burnu tutulur, boğazı şişir, nə burunla, nə də boğazla normal tənəffüs etmək olmur.

Adi insan burun tutulmasının səbəbini dəqiq bilmir. Çox vaxt qrip olduğunu fərz edib elə qarşısına çıxan ilk aptekdən burun damcılarından birini alıb başlayır özünü müalicə etməyə. İlk bir neçə gün bir qədər rahatlıq yaranır, nəfəs almaq asanlaşır. Bəzən tam keçib gedir də. Yəni müalicənin effekti olur, kimsə xəstəliyinə uyğun spreyi təsadüfən də ala bilər. Standart vəziyyətdə isə bir müddət keçir, burun tutulması adi hala çevrilir. Burun damcısı olmadan yaşamaq çətinləşir. İllərlə burnuna dərman damızdıran insanların sayı bir deyil, iki deyil.

Ksilometazolin, oksimetazolin tərkibli spreylər simptomatik təsir göstərirlər. Yəni selikli qişanı daraldıb-kiçildirlər. Bu tip burun damcılarını 5 gündən artıq istifadə eləmək olmaz, əks halda asılılıq yaranır. Uzun müddət yararlandıqda burunun içində rinit baş verir, selikli qişanın funksiyasının pozulması.

Zaman ötdükcə problemin həlli daha da çətinləşir. Burunun öz təbii mikroflorası faktiki məhv edilir, daxildə polip əmələ gəlir, normal nəfəs almaq lap çətinləşir. Bu mərhələdə insan artıq özünə yaratdığı "baş ağrısını" hansısa bir yolla həll etmək iqtidarında deyil. Tənəffüsü bərpa etmək üçün həm asılılıqdan yaxa qurtarmaq, həm də əməliyyat yolu ilə müdaxiləyə ehtiyac duyulur.

Sadə bir qripin sonra əməliyyat edilmək kimi çətin məsələyə çevrilməsi günümüzdə baş verən adi işlərdən biridir.


Etiketlər:  Burun damcıları asılılıq yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ