Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 22:36
Qidaların bədənimizə və sağlamlığımıza bir çox təsiri var. Hamımız dərimizin daha parlaq və canlı görünməsini istəyərik, və bunun üçün istehlak etdiyimiz qidalar mühüm rol oynayır. Xüsusilə şəkər, sağlam olmayan yağlar, həddindən artıq duz, alkoqol və hətta kafein ehtiva edən qidalar bədənimizdəki əhəmiyyətli zülalları sıradan çıxarır. Bu vəziyyət bədənimizin susuz qalmasına gətirib çıxarır və bundan ilk təsir alan dərimiz olur. Bəs, hansı qidalardan uzaq durmalıyıq?
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, artıq hamımız şəkərin nə qədər zərərli olduğunu bilirik. Çəki artımından, qırışıqların meydana gəlməsinə və dərinin sallanmasına qədər bir çox zərəri var.
Tez bişən qidalar, qızarmış yağlar, marqarin, konservlər trans yağ ehtiva edir. Trans yağlar ürək xəstəliyi riskini artırmaqdan başqa eyni zamanda damarlarınızı sərtləşdirir.
Bu vəziyyət, dəridəki qan dövranını zəiflədir və erkən yaşlanmağa səbəb olur.
Duz bədənin su tutmasına səbəb olaraq şişə gətirib çıxarır. Bundan əlavə, hüceyrələrin kiçilməsinə səbəb olaraq susuzluğa gətirib çıxarır. Bədən susuz qaldıqda dəri qırışır və daha erkən yaşlanır.