Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 10:34
Sərbəst güləş üzrə sabiq Avropa çempionumuz, 2008-сi il Olimpiadasında Azərbaycanı təmsil etmiş Əli İsayev MMA-da növbəti döyüşünü keçirəcək.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, PFL (Peşəkar Döyüşçülər Liqası) 10 turniri çərçivəsində yeddi görüş baş tutacaq.
Onlardan altısı hər çəkinin 2019-cu il üçün qalibini müəyyənləşdirəcək. Bunların içində ağırçəkili Əli İsayevlə Cared Roşoltun görüşü də var.
Dağıstandan olan 36 yaşlı Əli hələ ki MMA-da məğlubedilməzdir. İsayev keçirdiyi bütün səkkiz görüşdə qalib olub. O bunlardan üçündə nokautla qalib gəlib. Keçmiş güləşçi olsa da, əl zərbələri güclüdür və ayaqla döyüşməyi də bacarır. O, 1/4 finalda amerikalı Kelvin Tileri və yarımfinalda rusiyalı Denis Qoltsovu məğlub edib.
Onun rəqibi isə keçmiş UFC döyüşçüsüdür. Cared Roşolt 2014-2016-cı illərdə UFC-də çıxış edib. 33 yaşlı Roşolt indiyədək 20 görüşdə qalib gəlib, yeddisində uduzub. Maraqlıdır ki, o da keçmiş güləşçi olub.