Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaz limiti ilə bağlı ''Azəriqaz''dan açıqlama

Qaz limiti ilə bağlı ''Azəriqaz''dan açıqlama

Tarix: 22 Dekabr 2019 12:02

Smart tipli sayğaclarda dekabr ayının 31-i saat 00:00-da qaz limiti sıfırlanacaq.

Sonxeber.net xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

O bildirib ki, sıfırlanmadan sonra smart tipli sayğaclardan istifadə edən abonentlər üçün limit 2 200 kubmetr olacaq:

"Ancaq mexaniki sayğaclarda limitin sıfırlanması dekabr ayının 31-i baş tutmayacaq. Buna səbəb sözügedən sayğacların təsnifat dövrünün ayın 5-dən 5-nə olmasıdır. Bir sözlə, mexaniki sayğaclardan istifadə edən abonentlərdə qaz limiti yanvar ayının 5-də sıfırlanacaq və sayğaclara 2 200 kubmetr limit tətbiq ediləcək".

Xatırladaq ki, bu il aprelin 30-da Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib.


Etiketlər:  limiti ilə bağlı Azəriqazdan açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ