Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçrənin qaranlıq üzü - Məşhur cizgi filminin altındakı acı hekayə - FOTO

İsveçrənin qaranlıq üzü - Məşhur cizgi filminin altındakı acı hekayə - FOTO

Tarix: 22 Dekabr 2019 13:40

İsveçrədə insanların rifah səviyyəsi bir çox ölkələrə nisbətən xeyli yüksəkdir. Ancaq bu ölkənin tarixi qaranlıq səhifələrlə doludur.

Heidi cizgi filmində bu qaranlıq keçmişin izindən sətiraltı da olsa, bəhs edilir. Əlbəttə ki, İsveçrənin tarixini bilməyən, bu mədəniyyətlə tanış olmayanlar bunun normal olduğunu fərq etməzlər. Qeyd etdiyimiz cizgi filmində Heidinin ayaqlarının çılpaq olması üçün bir səbəb var. Buna səbəb nədir?

Musavat.com listelist.com-a istinadən bu barədə suala cavab verməyə çalışıb.

80 və 90-cı illərdə uşaqların sevimli cizgi filmlərindən biri olan Heidi, gün keçdikcə yaşından asılı olmayaraq hər kəsin sevgisini qazanmışdı.

heidi

Heidi babası ilə Alp dağlarında yaşayırdı. Cizgi filmində bu xarakteri ayaqyalın təsvir edilir

Heidi özü sərbəst ruhulu olduğuna görə ayaqqabı geyinməkdən imtina etsə də, əslində burada fərqli bir mesaj var. Cizgi filminin müəllifi Johanna Spyri burada İsveçrənin qaranlıq tarixinə istinad edir.

heidi

Bəs Heidinin niyə ayaqqabısı yox idi və müəllif Heidi xarakterini yaratmaq üçün nədən ilhamlanıb?

Verdingkinder ... Bu söz "ayaqyalın uşaqlar", başqa sözlə isə, qul uşaqları deməkdir

Qul oğlanlar İsveçrə tarixinin ən qaranlıq nöqtəsidir. Heidi hekayəsi də məhz bu uşaqlara söykənir.

heidi

1789-cu ildə İsveçrədə 14 yaşınadək uşaqlara fabriklərdə işləmək qadağan edilirdi. Ancaq bu qadağa da uşaqların istismarına mane olmadı və 18-ci əsrin sonundan 20-ci əsrin əvvəllərinə qədər İsveçrədə uşaq istismarına alternativ tapıldı.

heidi

18-ci əsrin sonlarında boşanmış cütlüklərin, dövlətə borcu olan ailələrin uşaqları və ya valideynlərini itirmiş, cinayət törətmiş uşaqlar digər ailələrə dövlət və ya kilsələr  tərəfindən satılırdı.


Etiketlər:  İsveçrənin qaranlıq üzü Məşhur cizgi filminin altındakı acı hekayə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ