Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parisdə tətillər səbəbindən bir çox metro xətləri işləmir

Parisdə tətillər səbəbindən bir çox metro xətləri işləmir

Tarix: 22 Dekabr 2019 20:48

Bakı. Trend:

Paris Nəqliyyat İdarəsinin həmkarlar ittifaqının fəalları pensiya islahatlarına etiraz olaraq 16 metro xəttindən 14-nün işini dayandırıb.

Trend-in məlumatına görə, hal hazırda yalnız iki tam avtomatlaşdırılmış xətt fəaliyyət göstərir. Beləliklə, Paris metrosu Milad bayramları ərəfəsində, əhalinin kütləvi şəkildə səyahət etdiyi gün demək olar ki, tamamilə iflic vəziyyətindədir.

Paytaxtda tramvayların hərəkəti ilə bağlı vəziyyət qaydaya düşsədə, onlar əsasən şəhərin kənarlarındakı xətlərdə işləyir. Parisin İl-de-Frans bölgəsindəki tıxaclar 130 km çatıb.

Ölkənin böyük şəhərləri arasında yüksək sürətli TGV qatarlarının yarısı, digər ekspress qatarların isə 20-30 fayızı fəaliyyət göstərir. Milli Dəmir Yollar İdarəsi dekabrın 23-də bu xətlərdə daha az qatarın işlyəcəyini xəbər verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Parisdə tətillər səbəbindən çox metro xətləri işləmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ