Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 21:02
Paris Nəqliyyat İdarəsinin həmkarlar ittifaqının fəalları pensiya islahatlarına etiraz olaraq 16 metro xəttindən 14-nün işini dayandırıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hal hazırda yalnız iki tam avtomatlaşdırılmış xətt fəaliyyət göstərir. Beləliklə, Paris metrosu Milad bayramları ərəfəsində, əhalinin kütləvi şəkildə səyahət etdiyi gün demək olar ki, tamamilə iflic vəziyyətindədir.
Paytaxtda tramvayların hərəkəti ilə bağlı vəziyyət qaydaya düşsədə, onlar əsasən şəhərin kənarlarındakı xətlərdə işləyir. Parisin İl-de-Frans bölgəsindəki tıxaclar 130 km çatıb.