Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yaydı

Tarix: 23 Dekabr 2019 10:50

Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb.

Sonxeber.net xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 22 dekabr saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Həkimlər hər iki yaralıya lazımı tibbi yardım göstəriblər, onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Bakının Yasamal rayonu, Şərifzadə küçəsində silahlı insident baş verib.

1989-cu il təvəllüdlü Muradov Zülfü mübahisə etdiyi naməlum şəxs tərəfindən tapança ilə güllələnib.


Etiketlər:  Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ