Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qrup Röyaya yox, Xuramana görə dağılıb”

“Qrup Röyaya yox, Xuramana görə dağılıb”

Tarix: 23 Dekabr 2019 13:30

Müğənni Natavan Həbibi Xalq artisti Röya Ayxanın "W-trio"nu mən dağıtdım" açıqlamasına münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Natavan "Evdəkilərə salam" proqramında mövzuya toxunaraq əslində qrupun müğənni Xuraman Şuşalıya görə ləğv olunduğunu açıqlayıb:

"Bir neçə gündür ki, "W- Trio"nu kimin dağıtması barədə söhbət gedir. Röya deyib ki, mən dağıtmışam. Yadıma düşdü ki, Röya çoxdan qrupdan çıxmışdı və "W- Trio" hələ də fəaliyyət göstərirdi. O vaxtlar Xuraman (Xuraman Şuşalı) Faiq Ağayevlə gizli toya getmişdi. Bundan sonra qrup dağılmağa başladı. Sən demə, Xuraman Vaqif Gərayzadədən xəbərsiz toyda çıxış edirmiş. Məşqə gəlmirdi, pul qazanmağa gedirdi".

Qeyd edək ki, qızlardan ibarət pop qrupu 1999-2006-cı illərdə fəaliyyət göstərib. Qrupun yaradıcısı məşhur prodüser Vaqif Gərayzadə olub.


Etiketlər:  Qrup Röyaya Xuramana görə dağılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ