Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 20:06
Mütəxəssislər, hamiləlik dövründə anaların qidalarına diqqət etmələrini xəbərdar edib. Hamiləlik dövründə yeyilən fındığın ananın sağlamlığına və körpənin inkişafına faydalar verdiyini söyləyib.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Prof. Dr. AA müxbiri Cem Demirel,hamiləliyin ilk üç ayının əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, körpənin inkişafının ilk üç ayı çox vacibdir. Belə ki, bu dövrdə orqanlar əmələ gəlməyə başladığı və hamiləliyin sonrakı hissəsi necə getməsini göstərdiyi üçün çox dəyərli bir zamandır.
Bu aylarda qanaxma və düşmə təhlükəsi kimi problemlər yaşana bildiyi üçün ananın müdaxiləyə məruz qala biləcəyini də bildirib.
Hamiləlikdə qidalanmaya DİQQƏT edilməlidir
Prof. Dr. Dəmirəl, hamiləlik dövründə sağlam bəslənmənin ana və uşaq üçün çox əhəmiyyətli olduğunu söyləiyib. Onun sözlərinə görə, bu müddətdə ana kifayət qədər protein və vitamin almalıdır. Bundan əlavə, tərəvəz və meyvələrlə qidalanaraq minerallarla təmin olunmalıdır. Eyni zamanda ət və süd məhsulları iyeyərək lazımı zülalı almalıdır. Balıqda isə omeqa olduğu üçün körpənin zehni inkişafı üçün çox vacibdir.