Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 07:04
"Apple" şirkətinin Çində mədaxilinin azalması sərmayədarların narahatlığına səbəb olub. Bununla əlaqədar şirkət smartfon istehsalını azaltmağa məcbur olacaq. Bu barədə "Rosenblatt Securities" şirkətinin analitiki Cun Çjanın müştərilərə ünvanlanan məktubunda deyilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məlumata görə, "Apple" şirkətinin 2019-cu ilin noyabrında Çin bazarında satış həcmində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalma qeydə alınıb. Azalmanın əsas səbəbi kimi ekspert "iPhone 11 Pro" seriyalı bahalı qurğuların satışına mane olan "iPhone 11" modelinə yüksək tələbatı göstərir.
Ekspertin proqnozuna görə, bu ilin birinci rübündə "iPhone 11", "iPhone 11 Pro" və "iPhone 11 Pro Max" modellərinin ümumi istehsal həcmi əvvəlki rüblə müqayisədə 60 faiz, "Apple" smartfonlarının ümumi tədarükü isə 40-45 faiz azalacaq.
"iPhone" smartfonlarının tədarükündə gözlənilən azalmanın əsas səbəbini "Rosenblatt Securities" analitiki "Apple" şirkətinin Çin bazarında üzləşdiyi problemlərlə əlaqələndirir. Belə ki, hazırda ölkə bazarında "5G" şəbəkələrini dəstəkləyən smartfonlar geniş yayılır və müvafiq mobil rabitə xidmətləri sürətlə inkişaf edir.