Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Roza Zərgərlidən oğlunun bələdiyyə üzvü seçilməsinə REAKSİYA

Roza Zərgərlidən oğlunun bələdiyyə üzvü seçilməsinə REAKSİYA

Tarix: 24 Dekabr 2019 19:05

Müğənni Roza Zərgərli oğlu Corc Qafarovun bələdiyyə üzvü seçilməsinə münasibət bildirib.

Sonxeber.net xəbər verir ki, ölkə.az-ın əməkdaşı ilə söhbətində o bildirib ki, bu qalibiyyət onun üçün gözlənilməz olub:

"Mən də hər bir ana kimi çox sevincliyəm. Mənim üçün oğlumun bu qalibiyyəti gözlənilməz oldu. Düşünürdüm ki, səs toplaya bilməyəcək, çox gəncdir, siyasi biliyi yetərincə deyil. Ancaq çox sevincliyəm ki, seçicilər, ona inanaraq, etimad göstərərək səs veriblər. İnanıram ki, Corc həm seçicilərinin, həm də mənim üzümü öz gələcək doğru addımları ilə ağ edəcək".

İfaçı bu xəbərin birmənalı qarşılanmadığından da söz açıb. O, tənqid edənlər barədə də fikrini əməkdaşımızla bölüşüb.

"Mən hazırda əsas oğlumun qalibiyyətinə sevinməklə məşğulam. Tənqid edənlər isə özləri üçün edir, vecimə də deyil. Corcun həyatını keçən heç bir gənc bugünkü gündə bu statusu qazana bilməz. Bunun üçün böyük güc, istək və düzgün Azərbaycan gənci olmaq lazımdır. O, ali təhsilini bitirib hərbi xidmətə yollanaraq vətən qarşısında öz borcunu yerinə yetirib. Sonunda seçiciləri də ona böyük etimad göstərərək, Corcu bələdiyyə sıralarında görmək istədikləri üçün ona səs veriblər".

Sonda müğənni onu təbrik edənlərə də təşəkkürünü bildirib.

"Buradan bir daha bizi təbrik edənlərə, sevincimizi bölüşənlərə öz minnətdarlığımı bildirirəm",- o qeyd edib.

Xatırladaq ki, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov 23 dekabrda keçirilən bələdiyyə seçkilərində qalib gələrək, Qaraçuxur seçki dairəsindən bələdiyyə üzvü seçilib.


Etiketlər:  Roza Zərgərlidən oğlunun bələdiyyə üzvü seçilməsinə REAKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ