Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mövsüm ''Zirə'' üçün çətin keçdi'' - Samir Abasov

''Mövsüm ''Zirə'' üçün çətin keçdi'' - Samir Abasov

Tarix: 11 May 2019 22:16

"Qələbə münasibəti ilə futbolçuları təbrik edirəm. Beşinci pillədəki yerimizi qoruduq. Uduzsaydıq, yeddinci yerə də düşə bilərdik".

Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Sabah"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis qısaca olaraq, komandasının mövsüm ərzindəki çıxışını da dəyərləndirib:

"Bu mövsüm "Zirə" üçün çətin keçdi. Ölkə kubokunda şansımız var idi, ancaq finala adlamadıq. Çempionatda da istədiyimiz yerdə qərarlaşa bilmədik. Ancaq ötən dəfə dediyim kimi, gələcəyə baxmalı, planlar qurmalı və yaxşı komanda yaratmalıyıq".
 


Etiketlər:  Mövsüm Zirə üçün çətin keçdi Samir Abasov


RƏYLƏR