Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tottenhem'' rədd cavabı aldı

''Tottenhem'' rədd cavabı aldı

Tarix: 24 Dekabr 2019 23:52

"Tottenhem" futbolçusu Son Hın Minin 3 oyunluq cəzası  ilə bağlı İngiltərə Futbol Federasiyasına apelyasiya şikayəti edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, London təmsilçisinin müraciəti qəbul edilməyib. Son Hın Minin cəzası olduğu kimi saxlanılıb.  O, Premyer Liqada qarşıdakı 3 matçı - "Brayton", "Norviç", "Sauthempton"la oyunları  buraxacaq.

Qeyd edək ki, koreyalı oyunçu Premyer Liqanın 17-ci turunda "Çelsi"ilə matç zamanı rəqib futbolçu Antonio Rudiger ilə toqquşmadan sonra yerə yıxılıb, təpiklə rəqibin qarnına vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.


Etiketlər:  Tottenhem rədd cavabı aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ