Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 08:14
Burkina Faso ordusu ölkənin şimalında silahlıların hücumunu dəf edərək 80 yaraqlını məhv edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, toqquşma zamanı 35 mülki şəxs və yeddi hüquq-mühafizə orqanlarının əməkdaşı həlak olub.
Dekabrin 24-də bir qrup terrorçu Suma əyalətinin şimalında yerləşən Arbind şəhəri yaxınlığında ordu qüvvələrinə hücum edib. Ordu və polis hücumu uğurla dəf edib.