Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanvarda şaxtalı günlərin sayı az olacaq

Yanvarda şaxtalı günlərin sayı az olacaq

Tarix: 25 Dekabr 2019 15:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda yanvar ayında da müsbət anomaliya üstünlük təşkil edəcək, şaxtalı günlərin sayının, yağıntıların normadan az olacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib.

Departament direktoru qeyd edib ki, yanvar ayında Bakıda havanın orta minimal temperaturu müsbət 2,4 dərəcəyə yaxın olur: "Çoxillik məlumatlara əsasən, 1961-ci ildən başlayaraq yalnız 4 dəfə (1964 г.-1,10С 1969г. - 0,40С 1972 г.-2,30С 1977 г.-1,20С) ortaminimal temperatur mənfi olub. Son 30 ildə isə yalnız bir dəfə 2008-ci ildə mənfi orta minimal temperatur qeydə alınmışdır (-1,4). Ümumdünya Meteorologiya Təşkilatının xüsusiləşdirilmiş mərkəzlərinin məlumatına əsasən, yanvar ayında bizim regionda temperatur rejimində müsbət anomaliyanın üstünlüyü, yağıntıların isə, bəzi şərq rayonları istisna olmaqla, normadan az olacağı gözlənilir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yanvarda şaxtalı günlərin sayı olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ