Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xırdalanda bu küçələrdə yol yenidən qurulur - FOTO

Xırdalanda bu küçələrdə yol yenidən qurulur - FOTO

Tarix: 25 Dekabr 2019 16:38

Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq burda da kompleks tədbirlərin icrasına start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, tədbirlərin icrasına ilk olaraq Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektindən başlanılıb. Prospektin uzunluğu 5100 metrdir ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır.

Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılır, zərrui olan yerlərdə yol əsasının yararsızq qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilir. Bundan başqa mümkün ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi, mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir.

Prospektdə işlər "İnşaat norma və standartları"na uyğun şəkildə kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Bu isə gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının baxış qapaqları layihə hündürlüyünəı qaldırılaraq yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkil üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.


Etiketlər:  Xırdalanda küçələrdə yenidən qurulur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ