Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 20:44
Azərbaycan Turizm Bürosu 2019-cu ilin sonu - 2020-ci ilin əvvəlində ölkə ərazisində yəhudi və alman mədəni irsinə həsr olunmuş mədəni turizm təşəbbüslərini işə salacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidt deyib.
Onun sözlərinə görə, Büro bu təşəbbüsləri ilk növbədə sənaye turizmi və sənaye arxeologiyası vasitəsilə reallaşdırmaq niyyətindədir.