Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 22:50
İspaniya 2019-cu ildə dünyanın ən sağlam ölkəsi seçilib. Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu, "Bloomberg" tərəfindən hazırlanan sağlam ölkələrin indeksində öz əksini tapıb.
Nəşr sağlamlığın vəziyyətinə təsir edən faktorlara əsasən 169 ölkənin göstəricilərini analiz edib. İlk üçlüyə İtaliya və İslandiya daxil olublar.
Dördüncü yeri Yaponiya, beşinci yeri İsveçrə, altıncı yeri İsveç, yeddinci yeri Avstraliya, doqquzuncu yeri Norveç, ilk onluğun sonuncu yerini isə İsrail tutub.