Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə mebel fabrikində yanğın baş verib

Türkiyədə mebel fabrikində yanğın baş verib

Tarix: 26 Dekabr 2019 08:04

Bakı. Trend:

Türkiyədə mebel fabrikində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə İstanbul vilayətinin Sultanqazi rayonunda baş verib.

Yanğın daha sonra yaxınlıqda yerləşən başqa bir mebel fabrikinə yayılıb.

Hadisə yerinə yanğınsöndürənlər briqdası cəlb edilib. Yanğın nəzarət altına alınıb.

Bildirilib ki, yanğının səbəbi bilinmir. Müəssisələrə böyük maddi ziyan dəydiyi də qeyd olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyədə mebel fabrikində yanğın baş verib


RƏYLƏR