Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pocophone F2 2020-ci ildə satışa çıxarılacaq

Pocophone F2 2020-ci ildə satışa çıxarılacaq

Tarix: 26 Dekabr 2019 08:56

Poco markası, hətta bir model ilə də inanılmaz dərəcədə uğur qazana bilib: Pocophone F1-in populyarlığına yəqin ki, bir çox flaqmanlar həsəd aparardı. Ancaq yüz minlərlə insanın çox gözlədiyi Pocophone F1-in varisi bu il (bütün söz-söhbətlərə baxmayaraq) ortaya çıxmadı. Fasilə o qədər uzun çəkdi ki, bir çoxları Poco-nu artıq hesabdan silməyə başladılar. Şirkət isə özü barədə bu dəfə, hətta rəsmi olaraq xatırlatdı!

Milli.Az ted.az-a istinadən bildirir ki, Poco-nun rəhbəri Alvin Tse Tvitterdə yazıb: "2020-ci ildə Poco barədə daha çox eşidəcəksiniz". Bu halda "daha çox" ümumiyyətlə, "heç olmasa nə isə" deməkdir, çünki yeni markanın uzun müddətdir ki, yeni heç nəyi yox idi. Və bu "heç olmasa nə isə" Pocophone F2 olmalıdır - onun buraxılış vaxtı nəzərə alınsa, SoC Snapdragon 865-ə aid etmək məntiqlidir.


Etiketlər:  Pocophone 2020 ildə satışa çıxarılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ