Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin 5 generalı işdən çıxardı

Putin 5 generalı işdən çıxardı

Tarix: 26 Dekabr 2019 09:28

Rusiya Prezidenti Vladimir Putin Moskva metropoliteni üzrə daxili işlər idarəsinin rəisi, general-mayor Nikolay Savçenkonu vəzifəsindən azad edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. Qərarın bir neçə gün əvvəl qəbul olunduğu bildirilir.

Daxili İşlər Nazirliyinin, İstintaq Komitəsinin, Federal Penitensiar Xidmətin və Fövqəladə Hallar Nazirliyinin bir neçə rəhbərinin də vəzifələrindən azad edildiyi deyilir. Onların arasında Omsk vilayətinin prokuroru Anastas Spiridonov və FPX-in kadrlar şöbəsinin müdiri, polkovnik Aleksandr Piroqov da var.

Putinin sərəncamı ilə vəzifədən kənarlaşdırılan digər generallar bunlardır:

Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş idarəsinin rəis müavini, daxili xidmət general-mayoru Vyaçeslav Bolqov;

DİN-in Voronej vilayəti üzrə Baş İdarəsinin rəis müavini, ədliyyə general-mayoru Vyaçeslav Vorontsov;

Rusiya İstintaq Komitəsinin Kriminalistika İdarəsinin rəis müavini, ədliyyə general-mayoru Sergey Ryabov;


Etiketlər:  Putin generalı işdən çıxardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ