Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 09:32
Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbət dinamika qalır.
Sonxeber.net xəbər verir ki, hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva bildirib ki, bir həftədən çoxdur Oqtayın hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır: "Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılma ehtimalı artır, amma buna hələ zaman lazımdır".
Qeyd edək ki, O.Güləliyev qəzadan sonra onu vuran sürücü Kənan Abdullayev tərəfindən "Semaşko"ya aparılıb, oradan isə "City Hospital" xəstəxanasına aparılaraq əməliyyat olunub.