Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2019-cu ilin ən yaxşı bombardiri odur

2019-cu ilin ən yaxşı bombardiri odur

Tarix: 26 Dekabr 2019 10:16

Polşa millisinin və "Bavariya"nın futbolçusu Robert Levandovski 2019-cu ilin ən yaxşı bombardiri olub.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, o, bu ilin 1 yanvarından indiyə kimi milli və klubda ümumilikdə 59 oyunda 54 qol vurub. Siyahının ikinci pilləsində Argentina yığmasının və "Barselona"nın hücumçusu Lionel Messi qərarlaşıb. O, təqvim ili ərzində 58 matçda 50 qolla yaddda qalıb. Fransa millisinin və PSJ-nin oyunçusu Kilian Mbappe isə 49 görüşdə 44 qolla üçüncü olub.

Qeyd edək ki, Levandovski 2014-cü ildə Dortmund "Borussiya"sından "Bavariya"ya keçib. O, Münhen təmsilçisi isə 5 dəfə Almaniya çempionu olub.

 


Etiketlər:  2019 ilin yaxşı bombardiri odur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ