Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bakıda oynamağımız türk xalqı üçün çox gözəl hadisədir''

''Bakıda oynamağımız türk xalqı üçün çox gözəl hadisədir''

Tarix: 26 Dekabr 2019 10:40

“Yaxşı qrupa düşmüşük. Açılış matçını oynamağımız da gözəl bir şeydir.  İtaliya ilə qarşılaşacağıq. Çox böyük ölkədir və turnirlərdə həmişə yaxşı olan komandaları var. Amma açılış matçında hər şey ola bilər. Çünki ilk oyun və turnirin həyəcanı olur. Bunun bizim üçün üstünlük olması mümkündür. Digər rəqiblərimiz də güclüdür, hamısına hörmətlə yanaşmaq lazımdır".

Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin futbolçusu Kenan Karaman Avro-2020 ilə bağlı “Anadolu Agentliyi”nə müsahibəsində deyib.

O, Avro-2020-nin qrup mərhələsinin 2 oyunun Bakıda keçirilməsi haqda da danışıb: “ Bakıda oynamağımız türk xalqı üçün çox gözəl hadisədir. Ora bizim ikinci evimiz kimidir. Çoxlu sayda azarkeşimiz olacaq. Bu, bizi motivasiya edə bilər. Ona görə də qrup matçlarını çox pozitiv görürəm. Bu qrupdan çıxacağımıza inanıram".

 


Etiketlər:  Bakıda oynamağımız türk xalqı üçün çox gözəl hadisədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ