Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzərdə nərə balığı ovuna qadağanın müddəti uzadıldı

Xəzərdə nərə balığı ovuna qadağanın müddəti uzadıldı

Tarix: 26 Dekabr 2019 12:26

Xəzər dənizində nərə balıqlarının ticarət məqsədilə ovlanması ilə əlaqədar qadağa 2020-ci ildə davam edəcək.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Balıqçılıq Təşkilatının sədri Nəbiyulla Xunmirzayi Tehranda keçirilə Xəzər dənizində su canlıları ehtiyatının qorunması və istifadə edilməsi ilə əlaqədar 3-cü iclasın sonunda deyib.

N.Xunmirzayinin sözlərinə görə, bununla əlaqədar protokol Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın nümayəndələri tərəfindən imzalanıb.

Təşkilat sədri əlavə edib ki, nərə balıqlarının ovu sadəcə ehtiyatların bərpası və araşdırma işləri üçün mümkün olacaq:

"Hazırda nərə balığının ticarət məqsədilə ovu qadağandır. 5 sahilaynı ölkənin ehtiyatları bərabər deyil və ölkələr ehtiyatları araşdırmaq və onu bərpa etməkdədirlər".


Etiketlər:  Xəzərdə nərə balığı ovuna qadağanın müddəti uzadıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ