Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik bu şəxsi axtarır - Fotorobotu hazırlanıb

Nazirlik bu şəxsi axtarır - Fotorobotu hazırlanıb

Tarix: 26 Dekabr 2019 13:06

Bakı. Trend:

Şabran rayonunda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər axtarılır.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin şəxslərin əlamətləri belədir: hər ikisinin boyu təxminən 175-180 sm, arıq bədən quruluşlu, qısa qara saçlı və az saqqallı olublar. Hadisəni törədərkən əyinlərində cins şalvar və tünd rəngli üst geyimi olub. Lakin zərərçəkmişin üzünü aydın gördüyü soyğunçunun sol qulağında sırğa və sağ gözü ətrafında çapıq olub.

Zərərçəkənin ifadəsi əsasında soyğunçulardan birinin fotorobotu hazırlanıb.

Onları tanıyan və görənlər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şabran RPŞ-nə və ya şəhər telefonlarından 023-353-23-05 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazirlik şəxsi axtarır Fotorobotu hazırlanıb


RƏYLƏR