Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 17:10
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1329 namizədmüraciət edib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, namizədlərin 262 nəfəri 15 siyasi partiya tərəfindən irəli sürülüb.
11 nəfər təşəbbüs qrupları tərəfindən, 1056 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb.
M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərinin 1042 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 829 nəfəri isə imza vərəqələrin artıq götürüb. 60 nəfəri qaytarıb və onlardan biri qeydə alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin