Tarix: 26 Dekabr 2019 22:48
"Mançester Siti"nin sabiq icraçı direktoru Harri Kuuk “şəhərlilər”də işlədiyi dövrdə üzləşdiyi maraqlı hadisədən danışıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, klub rəhbəri ilə işləyən Pairoj Piemqonsantla anlaşılmazlığa görə 2008-ci ildə səhvən "Barselona"nın kapitanı Lionel Messi üçün Kataloniya klubuna təklif göndərdiklərini deyib:
"Konfransda idik. Pairoj transfer məsələləsi ilə məşğul olan Paul Oldraidc ilə danışırdı. Paul işlərin nəzarətdən çıxdığını deyib, nə edilməli olduğunu soruşdu. Bu vaxt Pairoj "Bu məsələ çox, çox çətindir" (Very messy, messy, it getting messy) dedi. Biz Pairojun dediyini "Messini almağımız lazımdır" kimi başa düşdük. Konfransdan sonra Paul yanıma gəlib, nə etməli olduğumuzu soruşdu. Mən də "Təklif göndərək, görək nə olur" dedim. Ertəsi gün Premyer Liqanın prezidenti Dav Riçards mənə zəng vurub, "Harri, siz Messiyə təklif göndərmisiniz? 70 milyon funta? Siz dəli olmusunu?" dedi".