''Barselona''dan ''Xetafe''yə zərbə, ''Real'' məğlub oldu
Tarix: 12 May 2019 22:52
İspaniya La Liqasında 37-ci tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, turun bütün oyunları eyni gündə keçirilib.
Günün maraqlı qarşılamalarından biri çempionluğunu vaxtından əvvəl rəsmiləşdirmiş "Barselona" ilə "Xetafe" arasında olub. Çempionlar Liqasına vəsiqə baxımından önəm daşıyan matçda Kataloniya klubuna 0:2 hesabı ilə uduzan qonaqlar mövqeyini itirib. Əvəzində isə "Alaves"ə 3:1 hesabı ilə qalib gələn "Valensiya" 4-cü pilləyə yüksəlib.
"Atletiko" evdə "Sevilya" ilə bərabərə qalıb. "Real" isə səfərdə "Real Sosyedad"a 1:3 uduzub.
12 may
"Atletik" - "Selta" - 3:1 Qollar: R.Qarsiya, 16-penalti (1:0), 17 (2:0), İ. Vilyams, 40 (3:0), İ. Aspas, 89 (3:1)