Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Röyanın Mina paylaşımı qalmaqal yaratdı - FOTO

Röyanın Mina paylaşımı qalmaqal yaratdı - FOTO

Tarix: 27 Dekabr 2019 11:10

Xalq artisti Röya Ayxanın İnstaqramda-kı paylaşımı qalmaqal yaradıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, buna səbəb isə onun gənc müğənni Mina Hüseynin ifasını paylaşıb haqqında xoş fikirlər yazması olub.

Belə ki, o, Minanın Əməkdar artist Aygün Bəylərin repertuarından olan "Özün günahkarsan" adlı mahnını ifa etməsini təqdir edib. Röya "Gözəlim, sən mənim səsim oldun, mənim gələcəyim oldun. Çünki qadın elə qadındır. Biri həmin tonda hayqırar, biri həmin tonda danışar, mənim üçün sənət sənsən! Gələcəyimin tarixi, əsəri yaradanlar canımızdır, amma əsəri yaşadan gələcəkdir. Afərin!" deyə, yazıb.

İfaçı isə ona "Sizdən dəstək almaq məni çox sevindirdi, gözlənilməz oldu. Ağladım. Sizin kimi ulduzun məni paylaşmağı stimul verdi, çox sağ olun, Xalq artistimiz" sözləri ilə cavab verib.

Lakin Röyanın fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Çoxu sənətçinin Minaya dəstəyini "ikibaşlı" qarşılayaraq müğənninin ifaçı vasitəsilə düşmən olduğu Aygün Bəylərə söz atdığını bildirib.


Etiketlər:  Röyanın Mina paylaşımı qalmaqal yaratdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ