Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 17:04
“CBC Sport” kanalı Gənclər və İdman Nazirliyi barədə sərt ittiham səsləndirib.
Qol.az-ın xəbərinə görə, buna nazirliyin bu gün ilin yekunu ilə bağlı açıqladığı nominasiyalarda KİV-lər arasında kanalın adının yer almaması səbəb olub.
Telekanalın şərhçisi və rəsmisi Rüstəm Əfsərli özünün Feysbuk səhifəsində məsələ ilə bağlı belə bir paylaşım edib:
“Gənclər və İdman Nazirliyinin nominasiyalarında qalib gəlmiş həmkarlarımı ürəkdən təbrik edib, onların uğurlarına sevindiyimi tam səmimiyyətimlə qeyd edərək, ölkədə ən çox idman tədbiri işıqlandıran CBC Sport kanalının adının növbəti dəfə bu siyahıda olmaması ilə əlaqədar bəyan edirəm ki, həqiqətən də Azərbaycanda öz sahəsindən bu qədər başı çıxmayan ikinci nazirlik yoxdur :)”