Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hələlik Bakı bizim üçün çox uzaqdır'' - ''Valensiya''nın baş məşqçisi

''Hələlik Bakı bizim üçün çox uzaqdır'' - ''Valensiya''nın baş məşqçisi

Tarix: 19 Aprel 2019 14:00

"Oyuna çox yaxşı başladıq. İlk 30 dəqiqəqə əla çıxış etdik, hətta qol da vurduq. Sonra isə bir qədər dayandıq. Deyərdim ki, bir az bəxtimiz də gətirdi. Nəticə üçün oynadıq. Mübarizəni davam etdirdiyimiz üçün sevinirəm".

Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri Avropa Liqasının 1/4 final mərhələsinin "Vilyarreal"la cavab oyunundan (2:0) sonra "Valensiya"nın baş məşqçisi Marselinyo Qarsiya Toral deyib.

"Yarasalar" növbəti mərhələdə "Arsenal"la qarşılaşacaqlar. İngilis klubu ilə qarşıdakı matça da toxunan Toral Bakıda keçiriləcək final matçı haqda danışmağın tez olduğunu söyləyib: "Bizi yarımfinalda turnirin favoritlərindən biri ilə çətin oyun gözləyir. "Arsenal"ın baş məşqçisi bizi əla tanıyır. Hələlik Bakı bizim üçün çox uzaqdır. Çünki cütün favoriti London təmsilçisidir. Buna baxmayaraq, hər şey ola bilər. Komandada hamı həyəcanlıdır. Final oynamaq istəyirik".

Qeyd edək ki, "Valensiya" ilə "Arsenal" arasında ilk oyun mayın 2-də Londonda, cavab qarşılaşması isə bir həftə sonra Valensiyada olacaq.
 


Etiketlər:  Hələlik Bakı bizim üçün çox uzaqdır Valensiyanın baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ