Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük izləmə başlayır: Pentaqon Rusiya, Çin və İranı hədəfə alıb

Böyük izləmə başlayır: Pentaqon Rusiya, Çin və İranı hədəfə alıb

Tarix: 27 Dekabr 2019 20:44

Birləşmiş Ştatlar Rusiya, Çin və İranın Ərəb dənizində keçiriləcək hərbi dəniz təlimlərini izləyəcək və regionda gəmilərin azad şəkildə hərəkətini təmin etməyə hazırdır. 

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda bildirilir.

"Biz Ərəb dənizində İran, Çin və Rusiyanın iştirakı ilə keçiriləcək çoxtərəfli təlimlərdən xəbərdarıq. Biz orada baş verənləri izləyəcəyik və gəmilərin beynəlxalq su yolları ilə azad şəkildə hərəkətini təmin etmək üçün tərəfdaşlarımız və müttəfiqlərimizlə əməkdaşlığı davam etdirəcəyik", - deyə Pentaqonun rəsmi nümayəndəsi Şon Robertsonun yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, dekabr ayının əvvəlində İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Hanzadi bildirib ki, dekabrın 27-si Hind okeanında İran, Rusiya və Çinin birgə iştirakı ilə hərbi dəniz təlimləri keçiriləcək.


Etiketlər:  Böyük izləmə başlayır Pentaqon Rusiya Çin İranı hədəfə alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ