Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 15:45
Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və "Qırmızı Kanal"a yönləndirilib.
Vətəndaşa məxsus əşyalar rentgen aparatından keçən zaman monitorda şübhəli əşyaların təsviri görünüb.
Yoxlama zamanı xanım vətəndaşa məxsus çantanın içərisindən və üzərindən əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi, şifahi, elektron və yazılı şəkildə bəyan etmədiyi, ümumi çəkisi 87 qram olan zərgərik məmulatları - 5 cüt sırqa, 5 ədəd qolbaq, 1 ədəd sırğa-üzük-kulonlu boyunbağı, 3 ədəd qızıl boyunbağı, 2 ədəd üzük, 3 ədəd kulon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin