Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionun ən yaxşı finişi

Çempionun ən yaxşı finişi

Tarix: 13 May 2019 11:48

“Qarabağ” Azərbaycan Premyer Liqasındakı uğurlu seriyalarını davam etdirib.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, ardıcıl 6-cı dəfə çempion olan Qurban Qurbanovun komandası sonuncu – 28-ci turun “Neftçi” ilə oyununda 3:2 hesabı ilə qalib gələrək məğlubiyyətsiz seriyasını 20-yə, ardıcıl qələbə sayını 8-ə yüksəldib.

9-cu turun ötən il oktyabrın 28-də keçirilən “Neftçi” ilə səfərdəki görüşündə 1:3 hesabı ilə uduzandan sonra “Qarabağ” ardıcıl 20 matçda xal qazanıb. Komandanın son itkisi isə 20-ci tura təsadüf edib. Martın 9-da “Zirə”ylə evdəki qolsuz heç-heçədən sonra Qurbanovun komandası qələbələri sıralayıb.

Bu, klubun tarixində finişdəki ən uzun qələbə seriyasıdır. Mövsümün gedişində daha uzun seriyalara malik “Qarabağ” heç vaxt mövsümü 8 və ya daha çox ardıcıl qələbə ilə başa vurmamışdı. Bunadək rekord 1992-ci ilin göstəricisi idi. Həmin vaxt "Qarabağ" son 7 qarşılaşmadan qalib ayrılmışdı. 2005/06 mövsümündə isə finişdə 6 qələbə qeydə alınıb. Ümumiyyətlə isə sonluqdakı qələbə sayında mütləq rekord “Turan”a məxsusdur. Tovuzlular 1993/94 mövsümünün son 14 oyununda qələbə qazanıblar.

 


Etiketlər:  Çempionun yaxşı finişi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ