Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Konstitusiya Məhkəməsi sədrini həbs etdirir - SƏBƏB

Paşinyan Konstitusiya Məhkəməsi sədrini həbs etdirir - SƏBƏB

Tarix: 28 Dekabr 2019 19:06

Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan yaxın günlərdə həbs oluna bilər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Tovmasyan 30 dekabrda Ermənistan Xüsusi İstintaq Komitəsinə çağırılıb. Həmin gün Tovmasyan barəsində qətimkan tədbirinin dəyişdirilməsi və məhkəməyə onun həbsi üçün ərizə təqdim edilməsi planlaşdırılır.

Ermənistan rəhbərliyi Tovmasyanın həbsinin onlara Konstitusiya Məhkəməsinin digər üzvlərinə təzyiq göstərməyə və məhkəmə üzvlərini istefaya məcbur etməyə imkan verəcəyinə əmindir.

Lakin hakimlərin əksəriyyətinin toxunulmazlıq prinsipi və ya əsaslı şübhələrin olmamasına istinad edərək həbs qərarı ilə bağlı müraciəti geri çevirəcəyindən ehtiyat edilir.


Etiketlər:  Paşinyan Konstitusiya Məhkəməsi sədrini həbs etdirir SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ