Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Art Production'' uşaq moda müsabiqəsi keçirib (FOTO)

''Art Production'' uşaq moda müsabiqəsi keçirib (FOTO)

Tarix: 28 Dekabr 2019 19:20

Bakı. Trend

"Art Production" Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş uşaq moda müsabiqəsi keçirib.

Trend-in məlumatına görə, uşaq moda müsabiqəsində Azərbaycan və Azərbaycanla dost olan dünya ölkələrinin geyimləri nümayiş olunub.

Bu dəfəki müsabiqədə geyimlər analar tərəfindən hazırlanıb və nümayiş olunub. Ana və bala müsabiqəsinin qaliblərini münsiflər heyəti Əməkdar İncəsənət xadimi Samirə Əliyeva, Əməkdar artist Hüsniyyə Mürvətova, Əməkdar artist, bəstəkar Elza Seyidcahan, bəstəkar Məryam Əlibəyli, rəssam İlqar Əkbərov seçdilər.

Qızlararası

1-ci yer Novruzlu Fidan
2-ci yer Azayeva Həvva
3-cü yer Əliyeva Nilay

Oğlanlararası

1-ci yer Kərimzadə Kərim
2-ci yer Əliyev Emil
3-cü yer Nəzərəliyev Cavid qalib olub.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Production uşaq moda müsabiqəsi keçirib FOTO


RƏYLƏR