Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 16:54
"Hazırda 2700-dən çox xəstənin dövlət hesabına dərman preparatları ilə təminatı həyata keçirilir".
Sonxeber.net Trend-ə istinadn xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov bu ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.
Onun sözlərinə görə, bu il ərzində 18 yaşdan yuxarı əhalinin 74%-i tibbi müayinələrdən keçirilib. Müraciət edənlərin 279 min nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb. Onlardan 21 min nəfər hospitalizə olunub, 56 minə yaxın şəxs dispanser nəzarətinə alınıb, 1 milyon 800 mindən çox insan əlavə müayinələrə cəlb olunub, 99 mindən çox insan sağlamlaşdırılaraq dispanser qeydiyyatdan çıxarılıb.
G.Poladov bildirib ki, ümumilikdə 2019-cu il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan artıq müraciət olub, 712 min xəstə stasionar müalicəyə cəlb edilib. Cari ildə 8 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib.