Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 23:22
UNICEF-in araşdırmaları göstərir ki, 2019-cu ildə dünyada uşaqlara qarşı zorakılıq halları artıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat UNICEF-in 2019-cu il üçün hesabatında öz əksini tapıb.
Hesabatda son on il "uşaq ölümlərinin çox olduğu dövr" kimi qiymətləndirilib. Suriya, Mərkəzi Afrika və konfliktlərin baş verdiyi digər ərazilərin statistikası aparılıb. Müəyyənləşdirilib ki, son on il digər dövrlərlə müqayisədə dünyada uşaqlara qarşı zorakılıq halları daha da artıb. Belə ki, yuxarıda qeyd olunan dövrdə təkcə müharibələrin baş verdiyi ərazilərdə uşaqlara qarşı ağır zorakılığın baş verməsi hallarının sayı 170 mini keçib. Əgər təkcə 2018-ci ildə BMT təşkilatın hesablamalarına görə konflikt ərazilərində ölən və yaralanan uşaqların sayı on iki mindən artıq olubsa və bu göstərici 2019-cu ilin ilk yarısında daha da artaraq on mini ötüb.