Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Humanoid robotlara bir-biri ilə işləməyi öyrədiblər - VİDEO

Humanoid robotlara bir-biri ilə işləməyi öyrədiblər - VİDEO

Tarix: 31 Dekabr 2019 10:12

"Agility Robotics"in istehsal etdiyi robotlara yeni xüsusiyyət tətbiq edilib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, "Digit" robotları artıq bir-biri ilə qarşılıqlı şəkildə iş görə biləcəklər.

Robotlar müxtəlif əşyalarla çox ehtiyatla davranır, hətta qutuları səliqə ilə daşıya bilirdilər. Daha mükəmməl nəticə əldə etmək üçün robotlara insanlarla və ya bir-biri ilə işləməyi öyrətmək lazım idi. Şirkət bu məqsədinə nail ola bildi. Belə ki, robotların qarşısına məqsəd qoyuldu ki, qutuları bir masadan götürüb başqa masanın üstünə qoysunlar. Bu işdə onlar yalnız bir-birlərindən dəstək ala bilərdilər. Nəticədə, humanoidlər bu işin öhdəsindən uğurla gələ biliblər.


Etiketlər:  Humanoid robotlara biri ilə işləməyi öyrədiblər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ