Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindli milyarderin sərvəti kəskin artıb

Hindli milyarderin sərvəti kəskin artıb

Tarix: 31 Dekabr 2019 19:56

Asiyanın ən varlı adamı hindli iş adamı Mukesh Ambani 2019-cu ildə sərvətini 17 milyard dollar artırıb.

Bloomberg Milyarderlər İndeksinə görə, hindli milyarder, iş adamı Mukesh Ambani 23 dekabr etibarilə fərdi sərvətinə 17 milyard dollar əlavə edərək xalis aktivlərini 61 milyard dollara çatdırıb."Bizplus.az" xəbər verir ki, bu il "Amazon"un qurucusu Jeff Bezosun 13.2 milyard dollar itirməsi, "Alibaba"nın qurucusu Jack Manın isə sərvətini 11.3 milyard dollar artırması ilə müqayisədə, Asiyanın ən zəngin adamı olan Mukesh Ambaninin yaxşı bir il keçirdiyini demək olar.

Sonxeber.net bizplus.az-a istinadən bildirir ki, Ambaninin qurucusu olduğu və əsas fəaliyyət sahəsi neft emalı və neft-kimya işi olan "Reliance Industries Limited" şirkəti bu il istehlakçı məhsullarına yönəlib. Ambaninin sərvətindəki güclü artım, Reliance Industries Limited" şirkətinin səhmlərinin 38%-lik bahalaşaması sayəsində olub.

Sərmayəçilər, telekommunikasiya və pərakəndə kimi sektorların daha da böyüyəcəyi gözləntisi ilə pullarını "Reliance"yə qoyurlar. "Amazon.com Inc." kimi şirkətlərlə rəqabət apara bilmək üçün yerli bir e-ticarət nəhəngi meydana gətirmək məqsədilə, Ambani, quruluşundan üç il sonra Hindistanın 1 nömrəsi olan simsiz telefon işinə çoxu borclanma ilə əldə etdiyi puldan təxminən 50 milyard dollar yatırıb.


Etiketlər:  Hindli milyarderin sərvəti kəskin artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ