Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Estoniyada məişət zorakılığı halları ötən illə müqayisədə artıb

Estoniyada məişət zorakılığı halları ötən illə müqayisədə artıb

Tarix: 1 Yanvar 2020 06:32

Estoniyanın "ETV" kanalında yayımlanan "Aktual kamera" xəbərlər buraxılışında verilən məlumata əsasən, Milad bayramı ərəfəsində ölkədə məişət zorakılığı halları keçən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatda yol-nəqliyyat hadisələrinin sayının azaldığı da bildirilib.

Estoniyanın Polis və Sərhəd Mühafizə Şurasına (PPA) bayram ərəfəsində məişət zorakılığı ilə əlaqədar ötən il 178 çağırış daxil olmuşdusa, bu il bu rəqəm 195 olub.

PPA təkcə dekabrın 25-də qanunla müəyyən edilmiş sürət həddini aşan 33 sərxoş sürücünü saxlayıb ki, bu da narahatçılıq doğurur.


Etiketlər:  Estoniyada məişət zorakılığı halları ötən illə müqayisədə artıb


RƏYLƏR