Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 14:40
ƏDV ödəyicisi olan müəssisənin mülkiyyətindəki qeyri-yaşayış sahəsi digər hüquqi şəxsə satılarkən müəssisənin bu satışla bağlı hansı vergi öhdəlikləri yaranır?
Sonxeber.net xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 2020-ci yanvarın 1-dən hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv olunub. Gələn ilin yanvarından sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.