Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 16:00
Mətbəxdə istifadəsinə adət etdiyimiz ədviyyatların bir çoxu heç də dərmanlardan geri qalmır və insan sağlamlığına müsbət təsir göstərir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə alman tibb işçiləri "Focus.de" portalına bildirib.
Qeyd olunan həmin 7 ədviyyatı təqdim edirik:
Anis və anis yağı. Bu ədviyyat yüngül mədə-bağırsaq spazmlarını və meteorizmi aradan qaldıra bilir. Bundan başqa, anis yuxarı tənəffüs yollarının yüngül xarakterli iltihabına qarşı kömək edir, öskürək zamanı bəlğəmgətirici təsir göstərir.
Zəncəfil. Tibb işçilərinin sözlərinə görə, ondan, məsələn, yırğalanmanın simptomlarını azaltmaq üçün və ya meterorizmlə müşahidə olunan yüngül spastik mədə-bağırsaq şikayətləri zamanı istifadə etmək olar.
Cirə və cirə yağı. Ədviyyat anti-spazmotik təsirə malikdir, həzmsizlik, meteorizm zamanı dərman kimi istifadə oluna bilər.
Sarıkök. O, öd istehsalını stimullaşdırılması və yağlı qidanın yaxşı həzm olunması üçün effektivdir.