Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mançester Yunayted" Avroliqaya 2-ci mərhələdən başlaya bilər

Tarix: 13 May 2019 23:16

"Mançester Yunayted" 2019/2020 mövsümünə 25 iyuldan başlaya bilər.

Qol.az-ın "Sky Sport"a istinadən yaydığı xəbərə görə, bu, İngiltərə kubokunun finalında mayın 18-i keçiriləcək "Mançester Siti" - "Uotford" oyununun nəticəsindən asılıdır. Əgər bu matçda qonaq komanda qalib gəlsə, o zaman "MY" Avropa Liqasının ikinci təsnifat mərhələsindən çıxış edəcək. Bu mərhələnin görüşlərinin  iyulun 25-i oynanılması planlaşdırılır.

"Siti" qələbə qazanağı təqdirdə isə Ole-Qunnar Sulşerin komandası birbaşa Avroliqanın qrup mərhələsindən mübarizəyə başlayacaq.

Qeyd edək ki, Avroliqanın qrup mərhələsinin oyunlarına avqusun 10-u start veriləcək.

 


Etiketlər:  Mançester Yunayted Avroliqaya 2 ci mərhələdən başlaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ